Bank Of Baku

Şirvanda baş vermiş qətlin üstü açılıb

Şirvanda baş vermiş qətlin üstü açılıb
# 09 iyul 2008 10:30 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynalov APA. İyunun 26-da Şirvan şəhərində yanmış və tanınmaz halda qamışlıqdan tapılan kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib. Şirvan şəhər Polis Şöbəsi və yerli prokurorluqdan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin şəxs 1974-cü il təvəllüdlü Rzalı Mirzalı oğlu Hüseynovdur. Rzalı Hüseynov qardaşı, 1962-ci il təvəllüdlü Məmmədəli Hüseynov tərəfindən ailə münaqişəsi zəminində qətlə yetirilib. M. Hüseynov qardaşını öldürdükdən sonra onun meyitini qamışlıqda yandıraraq tanınmaz hala salıb. M. Hüseynov artıq həbs olunub. Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi açılıb, təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR