Bank Of Baku

Sel Xaçmazda 150 evə zərər verib

Sel Xaçmazda 150 evə zərər verib
# 09 iyul 2008 11:40 (UTC +04:00)
Xaçmaz. Solmaz Mehdiyeva-APA. Dünəndən başlayan güclü leysan yağışları Azərbaycanın şimal bölgəsindəki Qudyalçay, Qaraçay, Alpançayı məcrasından çıxarıb. Daşqın çayların kənarında yerləşən kəndlərə ciddi ziyan vurub. APA-nın şimal bürosunun məlumatına görə, rayonun Xaspoladoba, Hacıqurbanoba, Cığatay, Mürşüdoba, Qarğalıq kəndlərində təxminən 150 evə ziyan dəyib. Yüz hektarlarla taxıl və tərəvəz sahəsi yararsız hala düşüb. Xaçmaz rayon icra hakimiyyəti və yerli bələdiyyələr hazırda dəymiş ziyanı hesablayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR