Bank Of Baku

Quldurluqla məşğul olan Bakı sakini həbs edilib

Quldurluqla məşğul olan Bakı sakini həbs edilib
# 09 iyul 2008 13:10 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Nərimanov rayon Polis İdarəsinin (RPİ) əməkdaşları Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Dadaş Novruzovu həbs ediblər. Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən məlumat verilib. Saxlanan şəxsin rayon ərazisində mağazaları qarət etdiyi bildirilir. Həbs edilərkən onun üzərindən qarət zamanı istifadə etdiyi bıçaq, qara əlcək, eynək, 1 metr uzunluğunda adam boğmaq üçün kəndir və ağrıkəsici preparatlar götürülüb. Dadaş Novruzov barədə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) və 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə olan basqın) maddələri ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR