Bank Of Baku

İrandan Azərbaycana 300 qram heroin keçirən iki Azərbaycan vətəndaşı həbs olunub

İrandan Azərbaycana 300 qram heroin keçirən iki Azərbaycan vətəndaşı həbs olunub
# 09 iyul 2008 14:35 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İyulun 3-də Füzuli rayonunun “N” saylı sərhəd zastavasının ərazisində İranla dövlət sərhədini pozaraq respublikamıza 300 qram narkotik vasitə - heroin keçirən 2 Azərbaycan vətəndaşı saxlanılıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsi tərəfindən cinayət işi başlanıb, hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir. Azərbaycan ərazisində “Xaş-xaş-2008” şərti adı altında həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində isə iyunun 30-da Yardımlı rayonunun Arvana kəndi ərazisində 2 hektar sahədən 2 ton 800 kq, iyulun 4-də Lerik rayonunun Hilidərə ərazisində 2 hektar sahədən 2 ton yabanı şəkildə bitmiş xaş-xaş kolu yığılaraq rayonların polis şöbələri əməkdaşlarının və ictimaiyyətin iştirakı ilə yandırılaraq məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR