Bank Of Baku

Elçin Behbudov Eynulla Fətullayev, Əli İnsanov və Akif Məhərrəmovla görüşüb

Elçin Behbudov Eynulla Fətullayev, Əli İnsanov və Akif Məhərrəmovla görüşüb
# 09 iyul 2008 14:37 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 12 və 13 saylı cəzaçəkmə müəssisələrində olub. Komitə sədri APA-ya bildirib ki, 12 saylı müəssisədə Səhiyyə Nazirliyinin keçmiş şöbə müdiri Akif Məhərrəmovla görüşüb. Onun saxlanma şəraitindən narazılığının olmadığını bildirən E. Behbudov deyib ki, şəkər xəstəsi olan məhbus səhhətindəki problemlərdən şikayətlənib. Müəssisədə saxlanılan jurnalist Eynulla Fətullayevlə görüşən komitə sədri onun durumunun normal olduğunu, saxlanma şəraitindən narazılıq etmədiyini deyib. Komitə sədri hazırda müəssisədə təmir işlərinin aparıldığını, ora yeni su xəttinin çəkildiyini bildirib. E. Behbudov 13 saylı Cəzaçəkmə Müəssisəsində sabiq səhiyyə naziri Əli İnsanovla görüşüb: “Əli İnsanov səhhətindəki problemlərdən, ağrılardan əziyyət çəkdiyini dedi və saxlanma şəraitindən şikayətləndi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR