Bank Of Baku

“Azəri Star” müsabiqəsinin iştirakçısı qadın alverində ittiham olunur

“Azəri Star” müsabiqəsinin iştirakçısı qadın alverində ittiham olunur
# 09 iyul 2008 15:42 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə insan alverində ittiham olunan bir qrupun məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, prosesdə 2006-cı ildə “Azəri Star” mahnı müsabiqəsinin iştirakçısı olmuş Rüstəm Əlişanov, Bakı sakinləri Təranə Muradova və Aygün İsayeva təqsirləndirilən şəxs qismindədirlər. Onlar Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.3-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə ittiham olunurlar. İttihama görə, bu şəxslər gəlir əldə etmək məqsədilə qızları Türkiyəyə aparıb, cinsi istismara məruz qoyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR