Bank Of Baku

Mingəçevirdə maşın yolu keçən piyadanı vurub

Mingəçevirdə maşın yolu keçən piyadanı vurub
# 09 iyul 2008 16:25 (UTC +04:00)
Mingəçevir. Teymur Zahidoğlu-APA. Bu gün Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Süleymanov Afiq Cəlil oğlu idarə etdiyi 45-BF-378 nömrə nişanlı VAZ-2107 markalı maşınla şəhərin Müslüm Maqomayev küçəsində qəza törədib. APA-nın yerli bürosunun məlumatına görə, o, yolu keçmək istəyən piyada, 1996-cı il təvəllüdlü İbrahimov Natiq Namiq oğlunu vurub. Qəza törədən sürücü yaralını Mingəçevir şəhər xəstəxanasına çatdırıb. Hazırda yaralının vəziyyəti orta-ağırdır. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR