Bank Of Baku

Məcburi köçkün traktordan yıxılıb

Məcburi köçkün traktordan yıxılıb
# 09 iyul 2008 16:27 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Ağdam rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Qasımbəyli qəsəbəsində məskunlaşan Yusifcanlı kənd sakini Nəsirov Amil Murad oğlu traktorun yük qoşqusundan yıxılıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, o, müxtəlif bədən xəsarəti ilə Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu söyləyiblər.
Zərərçəkənin qohumları isə yaralı xəstəxanaya çatdırıldığı zaman tibb müəssisəsində həkim olmadı üçün ona gec yardım göstərildiyini deyiblər. Həkimlər bu iddiaları təkzib ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR