Bank Of Baku

Bakı sakininin evi qarət edilib

Bakı sakininin evi qarət edilib
# 10 iyul 2008 08:39 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bakının Nizami rayon Qara Qarayev küçəsində yaşayan Ülviyyə Musayevaya məxsus ev qarət olunub. Bu barədə APA-ya Nizami rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, evə daxil olan naməlum şəxslər evdən xeyli sayda qızıl-zinət əşyası oğurlayıblar. Qarətçilər hadisə yerindən qaça biliblər. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda oğurluq edən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR