Bank Of Baku

Suraxanıdakı dondurma istehsal edən müəssisənin sahibi barəsində cinayət işi başlanıb

Suraxanıdakı dondurma istehsal edən müəssisənin sahibi barəsində cinayət işi başlanıb
# 10 iyul 2008 09:53 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Suraxanı rayonu ərazisində dondurma istehsal edən müəssisədə dövlət nəzarətinə dair Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmasının yoxlanılmasına sərəncam verilib. Agentliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müəssisənin nümayəndələri tərəfindən Agentliyin mütəxəssislərinə yoxlama aparmaq üçün şərait yaratmayıb, bununla da nəzarət olunmalı məhsul dövlət nəzarəti orqanından gizlədilib: “Müəssisənin yaxınlığında yerləşən dondurma məhsullarının topdansatış mağazasında həmin müəssisədə istehsal olunmuş “Plombir” dondurmasından nümunə seçilib və müayinə üçün sınaq laboratoriyasına təqdim edilib. Seçilmiş nümunələrin tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib”. Bununla bağlı materiallar toplanaraq Respublika Prokurorluğuna göndərilib. Prokurorluq faktla bağlı Cinayət Məcəlləsinin 200.1 (malın keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma) maddəsi üzrə cinayət işi başlayıb. Cinayət işinin ibtidai istintaqı Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsində aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR