Bank Of Baku

Təbii fəlakət Quba-Xaçmaz zonasında həyatı iflic vəziyyətinə salıb

Təbii fəlakət Quba-Xaçmaz zonasında həyatı iflic vəziyyətinə salıb
# 10 iyul 2008 09:53 (UTC +04:00)
Küsnət-Xınalıq yolunun üstündəki körpü isə zədələnib. Quba-Qonaqkənd yolu hələ də tam açılmadığından 18 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Bu ərazidə bir neçə elektrik və rabitə xətləri aşıb, əkin sahələrinə ciddi ziyan dəyib. Dəvəçi rayonunun Surra və Padar kəndləri ərazilərində 4 piyada keçidini sel aparıb. Xəlifələr kəndində isə 2 evi su basıb. Təbii fəlakət zamanı Qusarın ucqar dağ kəndi Ləzədə 4 ev palçıq lavası nəticəsində zədələnib. Xaçmaz rayonunda isə sel suları 150-dən çox evə ziyan vurub. Rayonların icra hakimiyyətləri nəzdində fəaliyyət göstərən fövqəladə hallar komissiyaları hazırda dəymiş ziyanı hesablamaqla məşğuldur. Sel basmış ərazilərdə elektrik və rabitə xətlərinin təmirinə, yolların təmizlənməsinə və digər bərpa işlərinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR