Bank Of Baku

İsmayıllıda kişi cəsədi tapılıb

İsmayıllıda kişi cəsədi tapılıb
# 10 iyul 2008 12:37 (UTC +04:00)
İsmayıllı. Hafiz Heydərov-APA. İsmayıllı rayonunda naməlum kişi meyiti tapılıb. İsmayıllı rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Quşəncə kəndi ərazisində “Zil” markalı yük maşınında orta yaşlı naməlum kişi meyidi tapılıb. Araşdırmalar nəticəsində meyitin şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, bu maşının sürücüsü, Yevlax rayon sakini İslam Əliyevdir. Tibbi ekspertiza İ. Əliyevin cəsədinin üzərində heç bir zorakılıq əlamətləri aşkarlamayıb. Hadisə ilə bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR