Bank Of Baku

Qusarın Qənərçay kəndində torpaq sürüşməsi davam edir

Qusarın Qənərçay kəndində torpaq sürüşməsi davam edir
# 10 iyul 2008 13:18 (UTC +04:00)
Qusar. Solmaz Mehtiyeva-APA. Qusarın Qənərçay kəndində dünən gecə saatlarından başlayan torpaq sürüşməsi davam edir. APA-nın Şimal bürosunun məlumatına görə, artıq sürüşmə zonasında yerləşən evlərin sakinləri kəndin daha təhlükəsiz ərazisinə köçürülüblər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evlərindən köçürülən əhalinin müvəqqəti məskunlaşdırılması üçün kəndə çadırlar gətiriblər. Kəndə elektrik enerjisinin verilməsi hələ də bərpa edilməyib. Qeyd edək ki, dünəndən başlayan torpaq sürüşməsi nəticəsində Qənərçayda 6 ev tamamilə dağılıb, 25 evin divarlarında isə çatlar əmələ gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR