Bank Of Baku

Goranboy sakininə xəsarət yetirən şəxs həbs olunub

Goranboy sakininə xəsarət yetirən şəxs həbs olunub
# 10 iyul 2008 14:08 (UTC +04:00)
Bakı-APA. Dünən saat 23.40 radələrində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində "VAZ-21011" markalı avtomaşının sürücüsü, Xocalı rayon sakini Elman Məmmədov və sərnişini, qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elman Hüseynov sərxoş halda Xəlil Verdiyevin qarşısını avtomaşınla kəsib və münaqişə zəminində ona boğaz və üz nahiyələrindən kəsici alətlə xəsarət yetiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xəsarət alan X. Verdiyev Goranboy rayon xəstəxanasına yerləşdirilib. Görülmüş tədbirlər nəticəsində E. Məmmədov idarə etdiyi avtomaşınla saxlanılaraq rayon polis şöbəsinə gətirilib, E. Hüseynovun tutulması üçün tədbirlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR