Bank Of Baku

Şirvanda qardaşını qətlə yetirdikdən sonra yandıran şəxs həbs olunub

Şirvanda qardaşını qətlə yetirdikdən sonra yandıran şəxs həbs olunub
# 10 iyul 2008 14:12 (UTC +04:00)
Bakı-APA. İyulun 9-da Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 26-da M. Əsədov küçəsində tapılmış meyitin şəxsiyyəti müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cəsədin Şirvan şəhəri, Tofiq İsmayılov küçəsində yaşayan Rzalı Hüseynovun məxsus olduğu müəyyənləşib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R. Hüseynovun qardaşı Məmmədəli Hüseynov tərəfindən qətlə yetirilərək yandırılması müəyyən edilib. Məmmədəli Hüseynov tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR