Bank Of Baku

Təbii fəlakət nəticəsində Dəvəçinin Xaldan kəndi ilə nəqliyyat və rabitə əlaqəsi tamamilə kəsilib

Təbii fəlakət nəticəsində Dəvəçinin Xaldan kəndi ilə nəqliyyat və rabitə əlaqəsi tamamilə kəsilib
# 10 iyul 2008 14:55 (UTC +04:00)
Dəvəçi. Solmaz Mehtiyeva-APA. Dəvəçidə çayın səviyyəsinin qalxması nəticəsində rayonun Xaldan kəndi ilə nəqliyyat əlaqəsi kəsilib. APA-nın Şimal bürosunun məlumatına görə, təbii fəlakət nəticəsində kənddə “Turşsu” vannaları qəbul etməyə gedən vətəndaşların geri qayıtmasında problemlər yaranıb. Dəvəçi rayon icra hakimiyyəti faktla bağlı Fövqəladə Hallar Nazirliyini məlumatlandırıb. Rayon icra hakimiyyəti başçısının müavini İsrafil Mikayılovun APA-nın Şimal bürosuna verdiyi məlumata görə, nazirlik əlaqə kəsilən kəndə vertolyot vasitəsilə lazımi ərzaq və tibbi ləvazimatlar göndərib. FHN və Dəvəçi rayon Polis Şöbəsinin əməkdaşları da vertolyotla fəlakət zonasına gediblər. Hazırda Xaldanla nəqliyyat və rabitə əlaqəsinin bərpa olunması istiqamətində işlər görülür. Əraziyə lazımi texnika da göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR