Bank Of Baku

“Azadlıq” qəzetinə qarşı qaldırılan iddia üzrə hazırlıq iclası keçirilib

“Azadlıq” qəzetinə qarşı qaldırılan iddia üzrə hazırlıq iclası keçirilib
# 10 iyul 2008 15:23 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Azadlıq Hərəkatçıları Birliyinin “Azadlıq” qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu barədə APA-ya qəzetin direktoru Azər Əhmədov bildirib. Onun sözlərinə görə, prosesdə qəzetin nümayəndəsi Elçin Sadıqov iddia şikayətinin absurd olmasını əsas gətirərək, işə xitam verilməsini istəyib. Amma hakim hazırlıq iclasında şikayətə xitam verilməsinin mümkün olmadığını bildirib və məhkəmə baxışını iyulun 25-nə təyin edib. Qeyd edək ki, Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov “Azadlıq” qəzetinin indiki rəhbərlik və kollektivlə istehsalına və yayımına qadağa qoyulması xahişi ilə məhkəməyə müraciət edib. İddia ərizəsində indiki rəhbərlik və kollektivin 150 min manat mənəvi təzminata məhkum edilməsi də xahiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR