Bank Of Baku

Azərbaycanın şimal bölgəsində təbii fəlakətin nəticələri aradan qaldırılır

Azərbaycanın şimal bölgəsində təbii fəlakətin nəticələri aradan qaldırılır
# 11 iyul 2008 07:49 (UTC +04:00)
APA-nın şimal bürosunun xəbərinə görə, Qubanın Vəlvələçay, Qonaqkənd kəndləri və ucqar dağ kəndi Dərkdə bərpa işləri aparılır, ərazidə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları işləyir. Selin böyük ziyan vurduğu Dəvəçinin Xəlfələr kəndində insanların istifadəsi üçün piyada keçid körpüləri qurulub. Qusarın sürüşmə gedən Qənərçay kəndinin əhalisinin əksəriyyəti təhlükəsiz yerlərə köçürülüb, onların bir hissəsi müvəqqəti olaraq FHN əməkdaşlarının qurduğu çadırlarda yerləşdirilib. Hazırda əhaliyə dəyən zərər müəyyənləşdirilir. Xaçmaz rayonu ərazisində isə selin aşırdığı elektrik dirəkləri bərpa edilir. Rayonun Hacıqurbanoba kəndində evlərin həyətlərinə dolan su xüsusi texnika ilə çəkilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR