Bank Of Baku

Ucarda yol qəzası baş verib

Ucarda yol qəzası baş verib
# 11 iyul 2008 09:03 (UTC +04:00)
Ucar. Zahid Abışov - APA. Ucar rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Ucar rayon Polis Şöbəsindən APA-nın Aran bürosuna verilən məlumata görə, rayon sakini, 25 yaşlı Nofəl Mərdanovun idarə etdiyi “VAZ-21099” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Polis şöbəsindən bildiriblər ki, qəzaya qarşıdan gələn yük avtomobilinin “Jiquli”nin yoluna çıxması səbəb olub. Faktla bağlı Ucar rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR