Bank Of Baku

“Təhsil haqqında qanun”u kim hazırlamalıdır? - Sorğu

“Təhsil haqqında qanun”u kim hazırlamalıdır? - <font color=red>Sorğu </font>
# 11 iyul 2008 09:03 (UTC +04:00)
O bildirib ki, qanun layihəsini təhsil sahəsində səriştəsi olan adamlar hazırlamalıdır və hazırlayıblar: “Ola bilər ki, qanun layihəsində hansısa mübahisəli məqam olsun. Buna Prezident yanında Təhsil Komissiyasında baxıla bilər. Layihənin yenidən hazırlanmasına isə lüzum görmürəm”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, prezident yanında Təhsil Komissiyasının üzvü Məleykə Abbaszadə də təhsillə bağlı qanun layihəsi hazırlamaq və qəbul etməyin bilavasitə Milli Məclisin elm və təhsil komissiyasının səlahiyyətində olduğunu söyləyib: “Prezident yanında Təhsil Komissiyası isə bununla bağlı tövsiyə verə bilər. Bu, komissiyanın əsasnaməsində öz əksini tapıb”. TQDK sədri qanun yaradıcılığının Milli Məclisin vəzifəsi olduğunu xatırladıb. Milli Məclisin deputatı, Prezident yanında Təhsil Komissiyasının üzvü Cəmil Həsənli isə “Təhsil haqqında” qanun layihəsinin parlamentdə birinci oxunuşdan keçdiyinə və ikinci oxunuşa hazırlandığına diqqət çəkib: “Mətbuatda da bu barədə geniş müzakirələr aparılıb. Bu qanun layihəsini yenidən hazırlamağa ehtiyac yoxdur. Amma hansısa müddəalarda anlaşılmazlıq yaranarsa və parlament bunu istəyərsə, prezident yanında Təhsil Komissiyasında həmin məqamlar müzakirə oluna bilər”. Xəzər Universitetinin rektoru, Prezident yanında Təhsil Komissiyasının üzvü Hamlet İsaxanlı isə Milli Məclisdə bu istiqamətdə görülən işləri tənqid edib: “Qanunun qəbulu ilə bağlı məsələni elə vəziyyətə gətiriblər ki, layihə səsvermə ilə yox, razılaşma ilə qəbul olunmalıdır. Çünki ortaq məxrəcə gəlinmir, maraqlar toqquşur. Əslində qanunu deputatlar yox, mütəxəssislər hazırlamalıdır. Layihənin müəyyən hissələri Prezident yanında Təhsil Komissiyasında yenidən yazılmalıdır”. Qeyd edək ki, bir müddət öncə Milli Məclisin deputatı, YAP icra katibinin müavini Siyavuş Novruzov “Təhsil haqqında” qanunun qəbulu ilə bağlı yaranmış vəziyyətə toxunaraq təklif edib ki, sənəd parlamentə prezidentin imzası ilə daxil olmalıdır: “Əgər qanun layihəsi parlamentə prezident tərəfindən göndərilməsə, ayrı-ayrı strukturlar layihəyə müdaxilələr edəcək. Nəticədə qanun cəmiyyətin deyil, rektorlar və bu sahədə çalışan adamların mənafeyini əks etdirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR