Bank Of Baku

Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinin qarşısında keçirmək istədiyi aksiya baş tutmayıb

Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinin qarşısında keçirmək istədiyi aksiya baş tutmayıb
# 11 iyul 2008 09:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Müsavat Partiyasının “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarının pozulmasına etiraz olaraq Bakı şəhər icra hakimiyyəti qarşısında keçirmək istədiyi aksiya baş tutmayıb. APA-nın məlumatına görə, Səbayel rayon Polis İdarəsinin əməkdaşları sanksiyalaşdırılmamış aksiyanın qarşısını alıblar. Müsavat Partiyasının üzvləri Bakı şəhər İcra hakimiyyətinin qarşısına buraxılmayıb, aksiya iştirakçılarından 8 nəfər saxlanaraq Səbayel rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıb. Saxlananlar arasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR