Bank Of Baku

Azyaşlı uşaqları zorlamaqda təqsirləndirilən erməni əsilli Bakı sakininin cinayət işi üzrə hazırlıq iclası keçirilib

Azyaşlı uşaqları zorlamaqda təqsirləndirilən erməni əsilli Bakı sakininin cinayət işi üzrə hazırlıq iclası keçirilib
# 11 iyul 2008 09:17 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əlisoltan Osmanovun sədrliyi ilə erməni əsilli Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Edqar Sarkisyanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, Cinayət Məcəlləsinin 150.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri) və 132-ci (döymə) maddələri ilə ittiham olunan E. Sarkisyan erməni olduğu üçün 150.3-cü maddə ilə ittiham olunduğunu və heç kəsi döymədiyini bildirib. Prosesə sədrlik edən hakim isə onun nəzərinə çatdırıb ki, hazırlıq iclası keçirilir və bu mərhələdə sübutlar araşdırılmır. Sonra çıxış edən dövlət ittihamçısı Bəşir Cəfərov prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Qərarı elan edən hakimlər məhkəmə baxışını iyulun 14-nə təyin ediblər və prosesin qapalı keçiriləcəyini açıqlayıblar.
Qeyd edək ki, E. Sarkisiyan bu il aprelin 24-də yaşadığı İçərişəhərdə ögey qardaşı Mahsun Qurbanovu döyüb, ögey bacısı Ramilə Qurbanovanı isə zorlayıb. E. Sarkisyan atasının keçmiş həyat yoldaşı Elmira Qurbanovanın şikayət ərizəsi əsasında həbs edilib. Əvvəllər də məhkumluq həyatı yaşayan E. Sarkisyan 2004-cü ildə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 il müddətinə axadlıqdan məhrum edilib. O, 2007-ci ilin iyulunda azdlığa buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR