Bank Of Baku

Səid Dadaşbəyli və daha 14 nəfərin barəsində məhkəmə hökmündən kasasiya şikayəti verilib

Səid Dadaşbəyli və daha 14 nəfərin barəsində məhkəmə hökmündən kasasiya şikayəti verilib
# 11 iyul 2008 10:47 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə təqsirləndirilən Səid Dadaşbəylinin və daha 14 nəfərin barəsində çıxarılan hökmdən Ali Məhkəməyə kasasiya şikayəti verilib. Bunu APA-ya S. Dadaşbəylinin vəkili Elçin Qənbərov deyib. Onun sözlərinə görə, cinayət işi Ali Məhkəmənin hakimi Nəriman Hüseynovun icraatına verilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28, 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa hazırlıq), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə təqsirləndirilən S. Dadaşbəyli və digərləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunaraq müxtəlif müddətlərə həbs cəzasına məhkum ediliblər. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR