Bank Of Baku

Əli Kərimlinin apellyasiya şikayəti üzrə proses baş tutmayıb

Əli Kərimlinin apellyasiya şikayəti üzrə proses baş tutmayıb
# 11 iyul 2008 11:18 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin bu günə təyin olunmuş apellyasiya şikayəti üzrə proses baş tutmayıb. Bu barədə APA-ya Ə. Kərimlinin vəkili Elçin Qəmbərov məlumat verib. Onun sözlərinə görə, prosesin təxirə salınmasına səbəb hakim Etibar Nəbiyevin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin və digər şəxslərin cinayət işi üzrə müşavirədə olmasıdır. Proses iyulun 16-na təyin olunub. Qeyd edək ki, Nəsimi rayon Məhkəməsi AXCP sədri barəsində 1994-cü ildə Nəsimi rayon Prokurorluğunda başlanmış cinayət işinə xitam verilməsi ilə bağlı şikayəti təmin etməyib. Ə. Kərimli bu qərarın ləğv olunmasını istəyir. Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsi Ə. Kərimli barəsində cinayət işinin ləğv olunmadığı əsas gətirərək ona ümumvətəndaş pasportu verməkdən imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR