Bank Of Baku

Elçin Behbudov Bayıl İstintaq Təcridxanasında aclıq aksiyası keçirən şəxslə görüşüb

Elçin Behbudov Bayıl İstintaq Təcridxanasında aclıq aksiyası keçirən şəxslə görüşüb
# 11 iyul 2008 11:53 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 1 saylı Bayıl İstintaq Təcridxanasında olub. Komitə sədri APA-ya bildirib ki, təcridxanada saxlanılan və bu gündən aclıq aksiyasına başladığını bildirən Şirvan şəhər sakini Hüseynov Coşqun Mirbalabəy oğlu ilə görüşüb. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə ittiham olunan C. Hüseynov günahsız olduğunu və etiraz əlaməti olaraq aclığa başladığını deyib: “O, bildirdi ki, Şirvan şəhər Polis Şöbəsinin müstəntiqi işə qərəzli yanaşır. Coşqun mənim xahişimi nəzərə alaraq aclığı dayandıracağını söylədi”. E. Behbudov məsələ ilə bağlı bu gün daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini deyib. Hüquq müdafiəçisi həmçinin təcridxanada saxlanılan Biləsuvar rayon sakini, Cinayət Məcəlləsinin 126-cı maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə ittiham olunan Cabir Həsənovla onun atasının müraciəti əsasında görüşüb. Komitə sədri təqsirləndirilən şəxsin saxlanma şəraitindən narazılığının olmadığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR