Bank Of Baku

Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
# 11 iyul 2008 12:43 (UTC +04:00)
Bakı. Almaz Heydərova-APA. Bu gecə saat 01.30 radələrində Sabirabad rayonunun Şəhriyar kəndində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. DİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Qaralar kənd sakini Zaman Fərzəliyevin idarə etdiyi “QAZ-24” markalı və Şirvan şəhər sakini Aftandil Məstiyevin idarə etdiyi “VAZ-2110” markalı avtomaşınlar toqquşub. Nəticədə hər iki sürücü hadisə yerində ölüb. Faktla bağlı Sabirabad RPŞ tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR