Bank Of Baku

Cəzaçəkmə Müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb

Cəzaçəkmə Müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb
# 11 iyul 2008 12:58 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin
6 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu gün müəssisədə saxlanılan 1978-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 206.3.2-ci maddələri ilə (narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılıq) təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş Qurban Fərhad oğlu Ağayevlə qısamüddətli görüşə gələn valideynləri məhkuma külli miqdarda narkotik vasitə ötürməyə cəhd göstəriblər. Məhkumun anası, Astara rayon sakini, 1954-cü il təvəllüdlü Ağayeva Cəvahir Hacıhüseyn qızının üzərindən hərəsi 1 qramdan yuxarı olan 30 büküm narkotik maddə - heroin aşkar edilərək götürülüb. Narkotik vasitə və saxlanılmış şəxs Nizami rayon Polis İdarəsinə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR