Bank Of Baku

Yekaterinburqda azərbaycanlılarla gürcülər arasında toqquşma olub

Yekaterinburqda azərbaycanlılarla gürcülər arasında toqquşma olub
# 11 iyul 2008 13:14 (UTC +04:00)
APA-nın məlumatına görə, bazanın kafesində öz ad gününü qeyd edən iki Gürcüstan vətəndaşı ilə azərbaycanlı arasında mübahisə düşüb. İnsident soydaşımızın ağır bədən xəsarəti alması ilə nəticələnib. Yaralı xəstəxanaya aparılıb və ona ilkin tibbi yardım göstərilib. Hadisədən xəbər tutan bazada çalışan azərbaycanlılar bazanın rəhbərliyindən hadisə ilə bağlı izahat tələb ediblər. Rəhbərlik faktı araşdıracağına söz versə də, vədinə əməl etməyib. Nəticədə bu gün 200-dək azərbaycanlı bazanın ərazisinə toplaşıb və rəhbərliklə görüş tələb ediblər. Bazanın rəhbərliyi azərbaycanlıları ərazidən çıxarmaq üçün hüquq-mühafizə orqanlarından kömək istəyib. Əraziyə gələn milislər soydaşlarımızı oradan uzaqlaşdırıblar. Yekaterinburq daxili işlər orqanları faktı araşdırır, Gürcüstan vətəndaşları tərəfindən soydaşımıza xəsarət yetirilməsi faktı üzrə “Bilərəkdən ağır bədən xəsarəti yetirmə” maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR