Bank Of Baku

Sabiq baş nazir Surət Hüseynovun dəstəsinin üzvünün cinayət işi üzrə hazırlıq iclası keçirilib

Sabiq baş nazir Surət Hüseynovun dəstəsinin üzvünün cinayət işi üzrə hazırlıq iclası keçirilib
# 11 iyul 2008 15:53 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə hakim İslam Neymanovun sədrliyi ilə sabiq baş nazir Surət Hüseynovun dəstəsinin üzvü olmuş Rövşən Mahmud oğlu Yusifovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, baxış iclası iyulun 18-nə təyin olunub. Qeyd edək ki, R. Yusifov 1993-cü ildə kütləvi ixtişaşlara hazırlıq görməkdə ittiham olunur. O, bu ilin fevralında həbs edilib. R. Yusifov Cinayət Məcəlləsinin 29, 278-ci (dövlət çevirilişinə cəhd), 318-ci (Azərbaycan Respubilikasının dövlət sərhəddini qanunsuz olaraq keçmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR