Bank Of Baku

Altı gün öncə dənizə çıxan 4 Azərbaycan balıqçısı geri qayıdıb

Altı gün öncə dənizə çıxan 4 Azərbaycan balıqçısı geri qayıdıb
# 12 iyul 2008 11:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. İyulun 6-da Pirallahı sahillərindən dənizə çıxmış və göyərtəsində 4 nəfər olan motorlu balıqçı qayığı bu gecə geri qayıdıb. Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanov məlumat verib.
Administrasiya rəisinin bildirdiyinə görə, artıq balıqçıların 4-ü də geri qayıdıb. Onların yoxa çıxmasının səbəbi isə dənizdə havaların fırtınalı keçməsi və mühərrikdə yaranan problemlərlə bağlı olub. Hadisə ilə bağlı araşdırma aparılır.
Q.Qurbanov əlavə edib ki, hava şəraiti ilə bağlı bütün gəmilərin kapitanları əvvəlcədən məlumatlandırılıb və gəmilər müvəqqəti olaraq yaxın sığınacaq yerlərində lövbərə duraraq havanın sakitlənməsini gözləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR