Bank Of Baku

Zaqatala rayonunda yanğın baş verib

Zaqatala rayonunda yanğın baş verib
# 12 iyul 2008 12:27 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Bu gün Azərbaycanın Zaqatala rayonunda güclü yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Yanğından Mühafizə İdarəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə saat 12:30 radələrində rayonun Aşağı Tala kəndi ərazisində qeydə alınıb. Kənd sakini Mövzumət Ömərovaya məxsus həyətyanı sahədə yerləşən 40 kv. metrlik ot damı yanaraq məhv olub. Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb edilib və yanğının qarşısı qısa müddət ərzində tam alınıb. İlkin versiyaya görə, yanğına uşaqların ot damının yaxınlığında ocaq qalaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR