Bank Of Baku

Azərbaycanın şimal bölgəsində bərpa işləri yekunlaşmaq üzrədir

Azərbaycanın şimal bölgəsində bərpa işləri yekunlaşmaq üzrədir
# 14 iyul 2008 08:09 (UTC +04:00)
Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev bildirib ki, Fövqəladə Hallar Nazirliyinin komissiyası işini başa çatdırıb və akt tərtib edərək Nazirlər Kabinetinə göndərib. Rayonun Düztahir kəndində də sürüşmə olsa da, evlərə hər hansı təhlükə yaranmayıb. Dəvəçi rayon İcra Hakimiyyəti başçısının müavini İsrafil Mikayılov isə seldən ən çox zərər çəkən kənd olan Xəlfəli yolunun və körpüsünün bərpa edildiyini və gediş gəlişin başladığını söyləyib. Xaçmazda da bərpa işləri yekunlaşıb. Qubada isə hələ problemlər qalır. Rayon İcra Hakimiyyəti başçısını müavini Yusif Abidov Qorxmazoba, Vəlvələçay və Qonaqkənddə bərpa işlərinin davam etdiyini deyib. Əsas problem Xınalıq yolundadır. Yolu su apardığından sakinlər köhnə yoldan istifadə edir. Kəndlərə elektrik enerjisinin verilməsi isə bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR