Bank Of Baku

Lənkəranda avtobus piyadanı vurub

Lənkəranda avtobus piyadanı vurub
# 14 iyul 2008 08:52 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev APA. Lənkəranda yol-nəqliyyat qəzası baş verib. Şəhər Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə şəhərin Vaqif küçəsi ərazisində qeydə alınıb. Lənkəran şəhər sakini Mehdi Ələsgər oğlu Qasımovun idarə etdiyi “PAZ” markalı, 42 AC 085 dövlət nömrə nişanlı avtomaşın yolun kənarındakı qaz borusuna dəyərək piyada, rayonun Səpnəkəran kənd sakini, 1950-ci il təvəllüdlü Fəridə Lazım qızı Həmzəyevanı vurub. Xəsarət alan F. Həmzəyeva Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR