Bank Of Baku

Masallıda qardaş qardaşı bıçaqlayıb

Masallıda qardaş qardaşı bıçaqlayıb
# 14 iyul 2008 10:23 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. Masallı rayonunun İsgəndərli kənd sakini, 1965-ci il təvəllüdlü Kazım Zabitxan oğlu Abdullayev doğma qardaşı, 1971-ci il təvəllüdlü Elxan Abdullayevi bıçaqlayıb. Rayon Prokurorluğunun müstəntiqi Cəlil Mahmudovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib. K. Abdullayev qardaşına 5 bıçaq zərbəsi endirib. Ağır yaralanan E. Abdullayev xəstəxanaya aparılarkən yolda keçinib. K. Abdullayev həbs olunub. Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR