Bank Of Baku

Bakıda ağır yol qəzaları baş verib

Bakıda ağır yol qəzaları baş verib
# 14 iyul 2008 12:43 (UTC +04:00)
Bakı-APA. Bu gün saat 04.20 radələrində Əzizbəyov rayonu ərazisində, sürücüsünün şəxsiyyəti müəyyən edilməmiş "VAZ-2106" markalı avtomaşın aşıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, nəticədə şəxsiyyəti müəyyən edilməmiş bir kişi hadisə yerində ölüb. Əzizbəyov rayon Polis İdarəsi əməliyyat-axtarış tədbirləri aparır.
Dünən isə Bakıda Nobel prospektində, teplovozla Bilgəh qəsəbə sakini Natiq Talıbov vurulub. Məlumata görə, hadisə saat 16.10 radələrində baş verib. Nəticədə N. Talıbov hadisə yerində ölüb. Faktla bağlı DİN-in Nəqliyyatda Baş Polis İdarəsi araşdırma aparır. İyulun 13-də Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində baş verən yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Saat 01.10 radələrində Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində, Yevlax rayon sakini Elçin İsrafilovun idarə etdiyi "Moskviç-412" markalı və Türkiyə vətəndaşı Əli Sertinin idarə etdiyi "Skaniya" markalı avtomaşınlar toqquşub. E. İsrafilov hadisə yerində ölüb. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR