Bank Of Baku

Bakıda baş verən yol qəzalarında iki piyada ölüb

Bakıda baş verən yol qəzalarında iki piyada ölüb
# 14 iyul 2008 12:53 (UTC +04:00)
Bakı-APA. Dünən saat 23.40 radələrində Şəmkir rayon sakini Natiq Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomaşınla Qara Qarayev prospektində 40-45 yaşlı qadını vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə həmin qadın hadisə yerində ölüb. Nizami rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır. Dünən saat 22.00 radələrində isə Sabunçu rayonundakı R. Fətəliyev küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Lyudmila Tokaryeva vurulub. Nəticədə L.Tokaryeva hadisə yerində ölüb. Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "BMW" markalı avtomaşının sürücüsü, Bakıxanov qəsəbə sakini Samir Mahmudov tutulub. Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR