Bank Of Baku

Azyaşlı uşaqları zorlayan erməniyə 14 il cəza verilib

Azyaşlı uşaqları zorlayan erməniyə 14 il cəza verilib
# 14 iyul 2008 14:10 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Əlisultan Osmanovun sədrliyi ilə erməni əsilli Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Edqar Sarkisyanın məhkəməsi başa çatıb. APA-nın məlumatına görə, prosesdə E. Sarkisiyan son söz deyib. O, hakimlərdən başqa ölkəyə köçürülməsini istəyib: “Əgər məni həbsxanaya göndərsəniz, özümü öldürəcəm”. Daha sonra hakimlər müşavirə otağına yollanıblar. Qısa müşavirədən sonra hökm elan edilib. E. Sarkisiyan məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən o, cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkəcək.
Qeyd edək ki, E. Sarkisiyan bu il aprelin 24-də yaşadığı İçərişəhərdə ögey qardaşı Mahsun Qurbanovu döyüb, ögey bacısı Ramilə Qurbanovanı isə zorlayıb. E. Sarkisyan atasının keçmiş həyat yoldaşı Elmira Qurbanovanın şikayət ərizəsi əsasında həbs edilib. Əvvəllər də məhkumluq həyatı yaşayan E. Sarkisyan 2004-cü ildə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, 2007-ci ilin iyulunda azdlığa buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR