Bank Of Baku

Millət vəkili Əhəd Əhmədovu şantaj etməkdə təqsirləndirilənlər məhkəmə zalından azadlığa buraxılıblar

Millət vəkili Əhəd Əhmədovu şantaj etməkdə təqsirləndirilənlər məhkəmə zalından azadlığa buraxılıblar
# 14 iyul 2008 14:30 (UTC +04:00)
Digər təqsirləndirilən şəxslər “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş müxbiri Rza Pənahov , “Mühakimə” qəzetinin təsisçisi Şəmsi Mirzəyev (Vəfadar) şərti maliyyə vahidinin 500 misli dəyərində cərimə olunublar. Digər təqsirləndirilənlər Zahid Muradov və Zabil Pənahov isə 5 ay cəza təyin olunub. Onlar artıq bu cəzanı çəkmiş hesab olunublar. Bütün təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Qeyd edək ki, ittihamnaməyə görə, təqsirləndirilən N. Rəhimov millət vəkili Ə. Əhmədovun özü və ailəsi haqqında rüsvayedici faktlar yaymaq hədəsi ilə ondan 1500 dollar alarkən saxlanılıb. Faktla bağlı araşdırma aparıldıqdan sonra Ş. Mirzəyev (Vəfadar), Ə. Əhmədovun qaynı oğlu Z. Muradov, baldızı oğlu Z. Pənahov və bacanağı R. Pənahov da həbs olunublar. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinə əsasən ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR