Bank Of Baku

Yanvar-iyun aylarında Bakıda 243,165 yol hərəkəti pozuntusu qeydə alınıb

Yanvar-iyun aylarında Bakıda 243,165 yol hərəkəti pozuntusu qeydə alınıb
# 14 iyul 2008 15:29 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu ilin yanvar-iyun ayları ərzində Bakıda 243,165 yol hərəkəti qaydasının pozulması faktı aşkarlanıb. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, bu müddət ərzində avtomobilin sərxoş vəziyyətdə idarə edilməsinə dair 3787, avtonəqliyyat vasitələrinin hərəkətinə qəza yaratmağa dair 3449, polisin qanuni tələbini yerinə yetirilməməsinə dair 787, dəmiryolu keçid qaydalarının pozulmasına dair 54, işıqforun qırmızı işığında hərəkəti davam etdirilməsinə dair 9080, sürət həddinin aşılmasına dair 10225, sərnişindaşıma qaydalarının pozulmasına dair 4391, pərdəli-plyonkalı rəngli şüşə ilə avtomobilin idarə edilməsinə dair 578, avtomobili dövlət nömrə nişanı olmadan idarəetməyə dair 455, sürücülük vəsiqəsi olmadan idarə etməyə dair 4351 fakt müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR