Bank Of Baku

Siyəzəndə baş verən qəzada ədliyyə nazirinin müavininin atası dünyasını dəyişib YENİLƏNİB

Siyəzəndə baş verən qəzada  ədliyyə nazirinin müavininin atası dünyasını dəyişib  <font color=red>YENİLƏNİB </font>
# 14 iyul 2008 15:31 (UTC +04:00)
Siyəzən rayon Polis Şöbəsindən (RPŞ) APA-nın şimal bürosuna verilən məlumata görə, Bakı istiqamətində hərəkət edən “Jiquli” markalı avtomobillə əks istiqamətdə hərəkət edən “Hundai” markalı avtomobil toqquşub. Nəticədə iki nəfər Bakı şəhər sakini, 1933-cü il təvəllüdlü Ramiz Ələkbərov və Dəvəçi rayon sakini, 1964-cü il təvəllüdlü Şirəli Novruzov hadisə yerində keçiniblər. Yaralılar 1967-ci il təvəllüdlü Nailə Ələkbərova, 1984-cü il təvəllüdlü Vasif Bayramov və durumu ağır olan daha iki nəfər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Siyəzən Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzada dünyasını dəyişən R. Ələkbərov Azərbaycan ədliyyə nazirinin müavini, Penitensiar Xidmətinin rəhbəri Nazim Ələkbərovun atası, yaralı Nailə Ələkbərova isə onun bacısıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR