Bank Of Baku

Yanvar-iyun aylarında Bakıda avtobus sürücüləri tərəfindən 52 yol qəzası törədilib

Yanvar-iyun aylarında Bakıda avtobus sürücüləri tərəfindən 52 yol qəzası törədilib
# 14 iyul 2008 16:17 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu ilin altı ayı ərzində avtobus sürücülərinin yol hərəkət qaydalarını pozması səbəbilə 52 yol qəza hadisəsi baş verib. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, bu yol qəzaları nəticəsində 10 nəfər ölüb, 70 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. 8 ölü, 45 yaralı ilə nəticələnən yol qəza hadisəsi fiziki şəxslərə məxsus avtobus sürücüləri, 2 nəfərin ölümü, 25 nəfərin yaralanması ilə nəticələnən 18 yol nəqliyyat hadisəsi isə hüquqi şəxslərə məxsus avtobus sürücüləri tərəfindən törədilib. Ötən illə müqayisədə avtobus sürücüləri tərəfindən törədilən hadisələrin sayı 11 fakt, hadisə zamanı ölənlərin sayı 9 fakt azalıb, yaralananların sayı 7 nəfər artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR