Bank Of Baku

Şəkidə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Şəkidə ağır yol qəzası baş verib, ölən və yaralananlar var
# 15 iyul 2008 08:06 (UTC +04:00)
“Qaz-51” markalı yük maşınının aşması nəticəsində bir nəfər ölüb, 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Şəki rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gecə rayonun Qoxmux kəndi ərazisində, Qarabulaq adlanan yerdə baş verib. Şəkinin Oxud kənd sakini, 1985-ci il təvəllüdlü Məmməd İsmayıl oğlu Məmmədov idarə etdiyi, içərisində 13 sərnişin olan “Qaz-51” markalı, AZV-5485 dövlət nömrə nişanlı yük maşınını aşırıb. Qəza nəticəsində maşında olan sərnişinlərdən biri, rayonun Oxud kənd sakini, 1938-ci il təvəllüdlü Aydın İsmayıl oğlu Məmmədov hadisə yerindəcə ölüb. Xəsarət almış sərnişinlər isə Şəki mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı RPŞ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR