Bank Of Baku

Aqil Xəlili bıçaqlayan 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Aqil Xəlili bıçaqlayan 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
# 15 iyul 2008 09:03 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinə hökm oxunub. APA-nın xəbərinə görə, məhkəmənin hökmü ilə S. Strekalin 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkəcək. Aqil Xəlil məhkəmə hökmünə etirazını bildirib. S. Strekalinin vəkili Akif Məlikov da məhkəmə hökmü ilə razı olmadığını, hökmdən apellyasiya şikayəti verəcəyini bildirib. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR