Bank Of Baku

Zərdabda qardaşının evindən oğurluq edən şəxs həbs olunub

Zərdabda qardaşının evindən oğurluq edən şəxs həbs olunub
# 15 iyul 2008 10:44 (UTC +04:00)
Zərdab. Zahid Abışov-APA. Maldarlıqla məşğul olan Qəbələ rayonu, Qəmərvand kənd sakini Mürşüdov Saleh Ağalar oğlunun Zərdab rayonunda yerləşən evindən 4 ton arpa oğurlanıb. Zərdab rayon Polis Şöbəsindən APA-nın Mərkəzi Aran bürosuna verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq edən şəxs iyulun 12-də həbs olunub. Məlum olub ki, Saleh Mürşüdovun evindən oğurluq edən şəxs onun qardaşı Sərhəd Mürşüdovdur. Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR