Bank Of Baku

Əzizbəyov rayonunda yol-nəqliyyat hadisəsi törədən şəxs tutulub

Əzizbəyov rayonunda yol-nəqliyyat hadisəsi törədən şəxs tutulub
# 15 iyul 2008 11:12 (UTC +04:00)
Bakı-APA. Əzizbəyov rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 13-də Bakı-Mərdəkan yolunda yol-nəqliyyat hadisəsi nəticəsində ölənin şəxsiyyəti müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə zamanı ölən şəxsin Maştağa qəsəbə sakini Əlisəfa Tağıyev olduğu məlum olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "VAZ-2106" markalı avtomaşının sürücüsünün Maştağa qəsəbə sakini Mirzəağa Babayev olması, habelə qeyd edilən hadisədə özünün və sərnişini, Bakı şəhər sakini Elnur Əhmədovun da xəsarət alması müəyyənləşib. M. Babayev tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR