Bank Of Baku

Penitensiar Xidmətin rəisinin yol qəzasında xəsarət alan anası da dünyasını dəyişib

Penitensiar Xidmətin rəisinin yol qəzasında xəsarət alan anası da dünyasını dəyişib
# 15 iyul 2008 12:02 (UTC +04:00)
Bakı. APA. Dünən saat 12.30 radələrində Bakı-Quba yolunun 86-cı km-də, Siyəzən rayonu ərazisində baş verən qəza nəticəsində xəsarət alan daha bir şəxs Tamella Ələkbərova xəstəxanada dünyasını dəyişib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. T. Ələkbərova ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərovun anasıdır. N. Ələkbərovun atası Ramiz Ələkbərov hadisə yerində dünyasını dəyişmişdi.
Qeyd edək ki, Siyəzən rayonu Zarat kəndinin ərazisində Dəvəçi rayon sakini Vasif Bayramovun idarə etdiyi "VAZ-21074" markalı və Bakı şəhər sakini Nailə Ələkbərovanın (Nazim Ələkbərovun bacısı) idarə etdiyi "Honda" markalı avtomaşınların toqquşması nəticəsində "VAZ-21074" markalı avtomaşının sərnişini, Dəvəçi rayon sakini Şirəli Novruzov da hadisə yerində ölüb. Xəsarət alan hər iki sürücü və R. Bayramovun sərnişinləri, həmyerliləri Narxanım Novruzova, Əfsanə Novruzova, Ağdaş rayon sakini Pərvin Məmmədov, habelə N. Ələkbərovanın sərnişinləri, Nadir Zeynalov və Rəşid Vəzirov xəstəxanaya yerləşdiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR