Bank Of Baku

Azərbaycan-Gürcüstan sərhədində çobanı qətlə yetirən əsgər 12 il 6 ay azadlıqdan məhrum edilib

Azərbaycan-Gürcüstan sərhədində çobanı qətlə yetirən əsgər 12 il 6 ay azadlıqdan məhrum  edilib
# 23 iyul 2008 12:53 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim İsgəndər Hacıyevin sədrliyi ilə Dövlət Sərhəd Xidmətinin Qazax rayonunda yerləşən “N” saylı Hərbi Hissəsinin əsgəri Vasif Ağayevə hökm oxunub. APA-nın məlumatına görə, V. Ağayev məhkəmənin hökmü ilə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, V. Ağayev Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə adam öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham olunub. İttihama görə, V. Ağayev Azərbaycan-Gürcüstan sərhəddində qoyun otaran Gürcüstan vətəndaşı Elçin Nəsibovu qətlə yetirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR