Bank Of Baku

Ağdaşda yol qəzası baş verib

Ağdaşda yol qəzası baş verib
# 23 iyul 2008 13:12 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov-APA. Bu gün saat 04.00 radələrində Bakı-Şamaxı-Yevlax rayonunun 259-cu kilometrliyində, Ağdaş rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın Şirvan bürosunun məlumatına görə, Məmmədov Abuzər Xanbaba oğlunun idarə etdiyi “Mersedes” markalı avtomobil Mirzalıyev Zakir Cabbar oğlunun idarə etdiyi “Vaz-2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Vaz-2106” maşınında olan iki qadın sərnişin yaralanıb. Yaralılar Mingəçevir şəhər xəstəxanasına çatdırılıblar. Hər iki yaralının vəziyyəti orta-sabitdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR