Bank Of Baku

Bakı, Goranboy və Füzulidə ölümlə nəticələnən yol qəzaları baş verib

Bakı, Goranboy və Füzulidə ölümlə nəticələnən yol qəzaları baş verib
# 23 iyul 2008 13:34 (UTC +04:00)
Bakı-APA. İyulun 22-də saat 15.00 radələrində Nizami rayonundakı D. Aslan küçəsində, Naxçıvan şəhər sakini Elnur Tağıyevin idarə etdiyi "VAZ-2106" markalı və Buzovna qəsəbə sakini Dadaş Heydərovun idarə etdiyi "Kamaz" markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə E. Tağıyev hadisə yerində ölüb. Həmin gün saat 18.00 radələrində Goranboy rayonunun Qaraqucaq kəndində, Xocalı rayon sakini Hümbət Cəfərov "Kamaz" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə H. Cəfərov hadisə yerində ölüb. İyulun 22-də saat 19.00 radələrində Füzuli rayonu ərazisində, Bakı şəhər sakini Sehran Məmişov "BMW" markalı avtomaşını idarə edərkən onu aşırıb və nəticədə maşındakı sərnişinlərindən - Əhmədallar kənd sakinləri Səadət İsmayılova və Vurğun Fərzəliyev hadisə yerində dünyasını dəyişiblər. Xəsarət almış Sehran Məmişov və digər sərnişinlər - Horadiz şəhər sakinləri Maya İsmayılova, Rəşad Hüseynov və Bakı şəhər sakini Vüsalə İsmayılova xəstəxanaya yerləşdiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR