Bank Of Baku

Şəkidəki valyutadəyişmə məntəqəsində soyğunçuluq baş verib

Şəkidəki valyutadəyişmə məntəqəsində soyğunçuluq baş verib
# 23 iyul 2008 15:03 (UTC +04:00)
Şəki. Hafiz Heydərov - APA. Şəki şəhərindəki valyutadəyişmə məntəqəsinin qarşısında soyğunçuluq hadisəsi qeydə alınıb.
Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən gün şəhərin mərkəzi bazar ərazisində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birində baş verib. Şəki rayon sakini Azər Nəcəfov pul dəyişmək məqsədilə məntəqəyə yaxınlaşarkən naməlum şəxs onun əlindəki 2000 ABŞ dolları məbləğində pulu alaraq hadisə yerindən qaçıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Tərtər rayon sakini Rəvan İlyas oğlu Mirzəyev yaxalanıb. R. Mirzəyev ilkin dindirmə zamanı soyğunçuluq əməlini tamah məqsədilə törətdiyini etiraf edib. Faktla bağlı Şəki Polis Şöbəsində CM-nin 180.2.5-ci (zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR